Salyanda avtomobil su kanalına düşdü, sürücü öldü

Salyan rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt – Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Ruslan Nəcəfovun idarə etdiyi VAZ markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır./Azertag/

COP29