Salyanda bıçaqlanma – 27 yaşlı gənc öldü

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Onun qonşusu tərəfindən bıçaqlandığı bildirilib.

Bıçaqlanmanın səbəbi hələ ki, məlum deyil./Report/

COP29