!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda dava - 28 yaşlı kişi bıçaqlandı

!Reklam – Yazi

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Borankənd kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Zülfüqarlı Röyal Ağasəf oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhmədov Elsevər Razim oğlunu şəxsi münasibətlər zəminində bir neçə dəfə bıçaqlayıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Zülfüqarlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib./Trend/

www.yenicag.az

10332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv