Salyanda DƏHŞƏT – Gənc oğlan ürəyindən bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qarabağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsinin və qıçın kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.

Yaxınlarının dediyinə görə, o, İsmayıl adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.