Salyanda dəhşətli qəza – Avtomobil aşdı – VİDEO

Salyan rayonunun Şorsulu kəndi ərazisində dünən 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Hunday” markalı 90-HH-580 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Yenicag.az sizə qəzanın videosunu təqdim edir: