Salyanda ev yandı

Salyan şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin (taxta və qamış konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.