Reklam: High Technic
hightechnic

Salyanda evdən 5 kiloqram narkotik götürülüb

Salyanda xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

Yeniçağ.Az-ın  məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçala kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun evindən 5 kiloqrama qədər satış məqsədi ilə saxlanılan tiryək və qurudulmuş mariuxana aşkar edilərək götürülüb. Hazırda əməliyyatçılar saxlanılan şəxsin evində istintaq-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı cinayət işi açılıb.

 

Yeniçağ.Az

www.yenicag.az

102