Salyan rayonunda Akkuşa çayında boğulan gəncin meyiti sudan çıxarılıb.
Məzahim Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib.
***
Salyan rayon sakini çayda boğulub.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./Report/