Salyan rayonunda yol qəzası nəticəsində 1 nəfər İran vətəndaşı xəsarət alıb.
Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki “TIR” yük maşınının toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İran vətəndaşı, 1992-ci il təvəllüdlü Yahiti Rəhmət Əbdülhəkim oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /“Report”/