Salyanda 1 yaşlı uşaq yanaraq ölüb.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumatına görə, fevralın 8-də Salyan rayon sakini, 2016-cı il təvəllüdlü Ləman Samir qızı Əhmədova üzərinə qaynar su tökülməsi nəticəsində almış olduğu yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Yeniçağ.Az