!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda “Mercedes” aşdı – 2 nəfər xəsarət aldı

!Reklam – Yazi

mercedes qedrtfgyhujiko4Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Masallı rayon sakinləri – 31 yaşlı Vüqar Rafiq oğlu Vəliyev və 31 yaşlı Qafur Faiq oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv