Salyanda mikroavtobus yandı

Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 21-ci kilometrliyi) “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

FHN-dən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.