Salyanda mikroavtobuslar toqquşdu, 10 nəfər xəsarət aldı

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır./APA/