Salyanda QƏZA – Sürücü hadisə yerində öldü

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 1-də saat 1 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində Bakı şəhər sakini Ruslan Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.