Salyanda qonşular arasında dava düşdü

Salyanda döyülmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Yuxarı Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Novruzov Rüfət Əli oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, R. Novruzov qonşusu tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır./Report/