!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyandakı silahlı insidentin təfərrüatları məlum oldu

!Reklam – Yazi

Bu gün Salyan rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Salyanda DYP postunda silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb. Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi “10 RS 444” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.

Salyan DYP postunda “saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb. Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.

YPX əməkdaşları Orxan Bağırovun avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər. Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb.

Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb.

www.yenicag.az

4677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv