Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Yenicag.az xəbər verir ki, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün “Astronomiya” dərsliyinin həmmüəlliflərindən biri olub.