“Şamaxı” futbolçusu ilə müqavilənin müddətini uzatdı

“Şamaxı” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.

Bölgə təmsilçisindən Yenicag.az-a verilən məlumata görə, 23 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, daha əvvəl Emil Qasımovu heyətinə qatan “Şamaxı” Rövşən Şahmuradovun da müqaviləsini yeniləyib.