“Şamaxı” iki futbolçusu ilə yollarını ayırdı

“Şamaxı” komandası iki futbolçusu ilə yollarını ayırıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib.

Səbəblər barədə klub hər hansı bir açıqlama verməyib.