“Şamaxı” klubu gənc qapıçı Sahib Həsənovla müqaviləni yeniləyib.
Yenicag.az xəbər verir ki, qolkiperlə ikiillik müqavilə imzalanıb.
Lakin qapıçı növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək.
Qeyd edək ki, “Şamaxı” 2023/2024 mövsümünü 57 xalla birinci pillədə başa vurub və Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb.