Şamaxı rayonunda yanğın baş verdi

Şamaxı rayonunun Muğanlı kəndi ərazisində 4 ha sahədə quru ot və kol-kos yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri və Mülki müdafiə qoşunlarının canlı qüvvələri tərəfindən söndürülüb.