Şamaxı sakini göldə boğuldu

Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün saat 16:00 radələrində rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və ayağı sürüşərək suya yıxılıb.

Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb./APA/