!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxı sakinləri AKSİYA KEÇİRİR - Şəhərə bitişik kənd "palçıqda batır" - ETİRAZ

!Reklam – Yazi

Şamaxı rayonunun Böyük Xınıslı kəndinin sakinləri bu gün yolu bağlayaraq aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki, bu aksiyaya səbəb kəndin yollarının bərbad halda olmasıdır.

Belə ki, Böyük Xınıslı kəndi Şamaxı şəhərinə birləşdirilsə və şəhər mərkəzindən 2 kilometr məsafədə yerləşsə də yolları dağılmış vəziyyətdədir. Yolu bağlayan sakinlər qeyd edib ki, Şamaxıda dağ kəndlərinin yolları düzəlsə də, şəhərə bitişik kəndin yolları düzəldilmir. Kəndin yollarının bu vəziyyətdə olmasından təkcə böyüklər deyil, azyaşlılar da əziyyət çəkir.  Bu hal onların məktəbə getməsinə çətin vəziyyət yaradır. Yağıntılı havada, qışda hətta  Təcili Yardım maşınları da bu sakinlərin yardımına yetişə bilmir.

İctimai Nəqliyyatın fəaliyyət göstərmədiyi kənddə yaşayan hərbçi və şəhid ailələri də 20 ildir yola asfalt çəkilmədiklərini bildirirlər.

Sakinlər dəfələrlə müraciət etmələrinə baxmayaraq şikayətlərinə baxılmadığını, İcra Hakimiyyətinin başçısı Tahir Nadir oğlu Məmmədovun gələrək onları dinləmələrini tələb ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət edən etirazçılar yollarının düzəldilməsi məsələsini nəzarətə götürmələrini xahiş ediblər.

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv