!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxı yolunda “protiv” gedən “Kamaz” sürücüsü həbs edildi – VİDEO

!Reklam – Yazi

Mahir Baxışova 15 gün həbs verilib, sürücülük hüququ 1 il məhdudlaşdırılıb.

Yenicag.az xəbər verir ki, Bakı-Şamaxı yolunda əks istiqamətdə axına qarşı hərəkət edən 19-BD-716 qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytdında işıqlandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dərhal rekasiya verərək bu məsələni ciddi nəzarət altına alıb və sürücünü aşkar edib.

Bu, Qobustan rayonu, Nardəran kənd sakini Baxışov Mahir Haxverdi oğludur. Sürücünün hərəkətində avtoxuliqanlıq əlamətləri olduğuna görə iş məhkəməyə göndərilib. Mayın 4-də Qobustan rayon Məhkəməsi tərəfindən həmin sürücü barədə qərar qəbul olunub. Qərara əsasən sürücü Mahir Baxışov barəsində 15 gün müddətində inzibati həbs tətbiq olunub və onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

www.yenicag.az

1642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv