Şamaxıda 2 maşın toqquşdu, xəsarət alanlar var – FOTO

Şamaxıda avtomobil qəzası baş verib.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində hər iki maşında olan sərnişinlər ağır bədən xəsarətləri alıb. Onlar Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.