Şamaxıda 49 yaşlı kişi dəm qazından boğuldu

Şamaxıda 49 yaşlı kişi dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Zülfüqar Əşrəf oğlu Hüseynov hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.