Şamaxıda 55 yaşlı kişi yanaraq öldü

b8f31e48b55f8fcc0f088856b1b52156Şamaxı şəhərində dəhşətli yanğın hadisəsi baş verib.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.