Şamaxı rayonunda silahlı insident baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Axundov küçəsində qeydə alınıb.
Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimov isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Qədimova ilkin tibbi yardım göstərilib, əməliyyat olunan xəstənin vəziyyəti kafidir. C.Qədimov isə evə buraxılıb.
Hadisəni törətmiş şəxs və ya şəxslərin kimliyi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.