Şamaxıda bədbəxt hadisə – Tələbə dəm qazından boğuldu

Şamaxıda tələbə hamamda dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, hadisə səhər saatlarında Şamaxının Şəhriyar qəsəbəsində, tələbənin kirayə yaşadığı həyət evində qeydə alınıb. 2000 il təvəllüdlü Nəsibli Güldəstə Elçin qızı dəm qazından boğulma ehtimalı ilə təcili tibbi yardım avtomobilində, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Riyaziyyat və informatika ixtisasi üzrə, ikinci kurs tələbəsi Güldəstə Nəsibli Bərdə rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/