Şamaxı rayonunun Acıdərə kəndi yaxınlığında süni gölün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yollarını sel aparıb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sel nəticəsində Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat avtomobillərin hərəkəti bağlanıb və nəticədə sürücülər yolda qalıb. Bəzi sakinlər yolu piyada getmək məcburiyyətində qalıb.
Axşam saatlarında əraziyə texnika cəlb olunub, yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.
6 saat sonra göldəki su tamamilə azalıb. Gölün sahibi bildirib ki, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlayırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub. Gölün kənarında yerləşən boru vasitəsilə kənd ərazilərindəki əkin sahələri suvarılırmış. Hazırda həmin xətlərdə sırdan çıxıb.
Göl sahibinin iddiasian görə, Bakı – Şamaxı – Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.