Şamaxıda dağlıq ərazidə YANĞIN

Fövqəladə Hallar Nazirliyinə Şamaxı rayonu, Kərkənc kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.