Şamaxıda dəhşətli qətl – Sellofan torba ilə boğularaq öldürüldü

Şamaxı rayonunda kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, meyit rayonun Göylər kəndi yaxınlığında aşkar edilib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin sellofan torba ilə boğularaq öldürüldüyü bildirilir.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb./Report/