Şamaxıda iğtişaş – Seçkiyə görə

46147Şamaxıda 1 noyabr parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb. Seçkinin nəticələrindən narazı qalan bir qrup Şamaxı sakini etiraz aksiyasına çıxıb.

Məlumata görə, rayon sakinlərinin etiraz aksiyası polis tərəfindən dağıdılıb. Aksiya dağıdılarkən polis tərəfindən sərt şəkildə güc tətbiq edilib.

Bir neçə nəfərin saxlanılması barədə məlumatlar var(Faktxəbər).