Şamaxıda maşın aşdı – Yaralananlar var – FOTO

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./Report/