!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçim turu keçirilib

!Reklam – Yazi

Dekabrın 15-də Şamaxıda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubunun və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə regionlar kuboku layihəsinin seçim turu keçirilib.

Yenicag.az xəbər verir ki, Şamaxı şəhərindəki Avropa Liseyində təşkil olunan intellektual oyunda 125 müəllim və gənc iştirak edib.

Gərgin və maraqlı keçən bilik yarışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “İstiqlal” komandası I yerə, şəhər 10 saylı tam orta məktəbin “Eldorado” komandası II yerə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Turan” komandası III yerə layiq görülüb. Qalib komandalara Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.

Seçim mərhələsində qalib gələn komanda İsmayıllı rayonunda keçiriləcək final mərhələsində iştirak edəcək./AzərTac/

www.yenicag.az

8226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv