Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şamaxıda ölümlə nəticələnən qəza baş verib

imagesŞamaxı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ramik Məmmədovun idarə etdiyi avtomobil yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlər, Qəbələ sakinləri 1966- cı il təvəllüdlü Leyla Ağayeva, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Ədalət Bağırov müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı ağır bədən xəsarəti alan 1973-cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərin sözlərinə görə hadisəyə səbəb sürücünün sükan arxasında qəflətən yuxuya getməsi olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır(APA).

www.yenicag.az

196