Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.
Belə ki, pivə daşıyan avtomobil dərəyə yuvarlanıb. Nəticədə 2 nəfər – Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu Vahidov xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən Rahid Əhmədalı oğlu Vahidov orada ölüb