Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 7 ov tüfəngini və patronları könüllü olaraq polisə təhvil veriblər.