!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda sel suları ciddi fəsadlar törədib

!Reklam – Yazi

İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, sel suları qəflətən yolu basaraq orada böyük gölün əmələ gəlməsinə səbəb olub.

Çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.

Sürücülərin sözlərinə görə, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Sakinlərin sözlərinə görə qəfildən gələn sel suları piyadalara və iri və xırda buynuzlu heyvanlar üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, mühərriki sıradan çıxan avtomobillər suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da mühərriki sıradan çıxdığı üçün suyun ortasında qalıb.

Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb, sərnişinlər başqa avtomobillərlə yola salınıb.

www.yenicag.az

1448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv