Şamaxıda üçotaqlı ev yanıb

Şamaxı rayonunun Hacılı kəndində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.