Şamaxıda yük maşını aşdı – Ölən var

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.