Şamaxılılar onu seçdi

85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa namizəd Kamil Eyyubov 27 dekabr 1986-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.

1992-2003-cü illərdə Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 sayli orta məktəbdə təhsil almışdır.

2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal Proseslərinin Avtomatlaşdırılması” fakultəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla daxil olmuşdur. 2007-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının “Robototexniki sistemlərin idarə olunması” ixtisası üzrə magistr pilləsinə ödənişsiz əsaslarla daxil olmuşdur. 2011-ci ildə magistr təhsilini bitirmişdir. Bakalavr və magistr təhsili dövründə müsahibə yolu ilə Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən təqaüdə layiq görülmüşdür. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinə “Hüquqşunaslıq” ixtisası üzrə daxil olmuşdur. 2017-ci ildə həmin ixtisası bitirmişdir. 2018-ci ildən Sumqayıt Dövlət Universitetinin doktorantıdır. Rus və ingilis dillərini bilir.

2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildə gömrük organlarında xidmətə qəbul üzrə keçirilən test imtahanlarında Respublika birincisi olaraq Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2009-2015-ci illər ərzində Dövlət Gömrük Komitəsində inspektor, böyük inspektor və şöbə rəisi vəzifələrini icra etmişdir.2015-ci ildə öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

Gömrük orqanlarına xidmətə qəbul üzrə özəl hazırlıq kursları təşkil edir.Hal-hazırda gömrük orqanlarında 200-ə yaxın tələbəsi zabit kimi fəaliyyət göstərir.

2019-cu ildən “EYYUBEYLİ-TİRE” MMC-nin direktorudur.

Ailəlidir, iki övladı var.