Şamaxının seçki tarixində bir ilk: 3 mindən yuxarı seçici Kamil Eyyubovla görüşə gəldi

85 saylı Şamaxı Seçki Dairəsindən müstəqil namizəd Kamil Eyyubovun seçiciləri ilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, bu gün Şamaxı Olimpiya İdman Kompleksində baş tutan möhtəşəm görüş,qədim Şamaxının seçki tarixinə qızıl həriflərlə yazılacaq. Məlumata görə deputatlığa namizəd Kamil Eyyubovla görüşə Şamaxının bütün kəndlərindən bütövlükdə üç mindən artıq seçici qatılıb və onlar belə bir möhtəşəmlik göstərməklə 9 fevralda keçiriləcək seçkilərdə kimə səs verəcəklərini açıq şəkildə ifadə etmiş olublar.

Görüşdə insan seli qarşısında çıxış edən Kamil Eyyubov bütün Şamaxılılara belə bir ilkə imza ataraq, bütün respublikaya səs salacaq görüşə gəldiklərinə görə təşəkkür edib.