Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Şamaxinka” istiqamətindəki süni təpəciklər sökülür

tepe_2“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi işləri aparılır”.

Bu haqda Modern.az saytına məlumat verən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, hazırda avtonəqliyyat vasitələri kiçik manevr etməklə “Şamaxinka” deyilən əraziyə daxil ola bilirlər:

“Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Təpəcəyin bir hissəsinin götürülməsi ilə avtomobillər manevr etmədən düzünə həmin istiqamətdə rahat və maneəsiz şəkildə hərəkət edə biləcəklər”.

Qeyd edək ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istər paytaxt Bakıda, istərsə də regionlarda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

 

www.yenicag.az

257