Samboçularımız dünya çempionatında iştirak edəcəklər

Noyabrın 11-13-də Qırğızıstanın Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı keçiriləcək.

Yenicag.az xəbər verir ki, yarışda Azərbaycanı yığma komandamızın idmançıları Kənan Babayev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq), Toğrul Salmanov (+98 kq) təmsil edəcəklər.

İlin əsas yarışında dünyanın 50 ölkəsindən ən güclü samboçuların iştirakı gözlənilir.