Bu gün Avropa Oyunlarında sambo yarışlarına start verilib.
Azərbaycanı bu yarışlarda həm kişilərin, həm qadınların mübarizəsində ümumilikdə 8 idmançı var.
Amil Qasımov 74 kq çəki dərəcəsində meydana çıxacaq.
Fəridə Qurbanova 64 kq-da yarışacaq.
Vasif Səfərbəyov 100 kq-da xalçaya çıxacaq.
Nəzakət Xəlilova 52 kq-da mübarizə aparacaq.
Nərminə Əlizadə 68 kq-da medalçı olmağa çalışacaq.
Şəhanə Hüseynova 60 kq-da yarışlara qoşulacaq
İslam Qasumov 57 kq-da rəqiblərindən üstün olmaq üçün çalışacaq.
Kənan Qasımov isə 90 kq-da mübarizə aparacaq.