!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sami Yusifin konsertində yer alan azərbaycanlı xanəndə: “İnsan axını vardı” - FOTOLAR

!Reklam – Yazi

Əslən Cənubi Azərbaycandan olan dünyaca məşhur müğənni Sami Yusif “Expo 2020” çərçivəsində Dubayda iki gün konsert verib. Tədbirdə Azərbaycanın Əməkdar artist Təyyar Bayramov da yer alıb. Sami Yusif konsertdən sonra birgə çıxış etdiyi xanəndənin oğlu Kənana səslənərək “Kənan, hardasan?” sözlərini deyib. Onun bu görüntüsü qısa zamanda sosial şəbəkədə sürətlə yayılıb.

Yenicag.az-a açıqlama verən Təyyar Bayramov konsertlə bağlı təəssüratlarını bölüşüb:

“Möhtəşəm bir konsert proqramı idi. 10-a yaxın ölkənin musiqiçiləri iştirak edirdi. Bu mənim Sami Yusiflə üçüncü işbirliyim idi. İlk dəfə onunla “Nəsimi” layihəsində birgə çıxışımız oldu. Digər bir layihə təqdimatı gözlənilən Qarabağla bağlıdır. Bu möhtəşəm tədbir də dünyaşöhrətli musiqiçi ilə üçüncü işbirliyimiz oldu. Konsertdən öncə 9 gün məşqlər etdik, konsert öncəsi də məşqlərimiz həmin ölkədə davam etdi. Konsertdə açılışı mən etdim, izdiham vardı. Konsert böyük maraqla izləndi və dünya telekanallarında nümayiş olundu, sosial mediada yer aldı”.

Cəvahir

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv