!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Samir Nuriyev icra başçıları ilə bağlı TAPŞIRIQ VERDİ

!Reklam – Yazi

Azərbaycanda bütün icra başçılarına məcburi koronavirus testindən keçirilməsi ilə bağlı tapşırıq verilib.

Yenicag.az mediapost-a istinadla xəbər verir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev göstəriş verib.

Göstərişə əsasən Prezident Administrasiyasına çağrılan bütün icra başçıları poliklinkalardan koronavirus testindən keçməlidirlər.

Məsələ ilə bağlı açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev PA rəhbərinin belə bir göstəriş verdiyini təsdiqləyib:

“Şəxsən mən bir neçə gün öncə koronavirus testindən keçdim. Nəticə müsbət çıxdığı üçün toplantıya qatıldım. Hesab edirəm ki, hər bir vətəndaş kimi, icra başçıları da səhhətinin qeydinə qalmalı və bu bəladan yaxa qurtarmaq üçün mütəmadi olaraq müayinə olunmalı, karantin tələblərinə əməl etməlidirlər. Şəxsən mən hər 10 gündən bir koronavirus testindən keçirəm”.

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv