!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Samir Piriyevi hədələdilər: "Buna görə cavab verəcəksən"

!Reklam – Yazi

Tanınmış aparıcı və şoumen Kamran Həsənli müğənni Samir Piriyevi məhkəməyə verəcək.

Bu barədə Yenicag.az-a K. Həsənlinin vəkili Türkel Süleymanlı bildirib. O, yaxın günlərdə Samir Piriyevlə bağlı məhkəməyə müraciət ediləcəyini deyib:

“Məhkəmədə sübut olundu ki, həqiqətən də Kamran günahkar deyil. O, evini, mal-mülkünü sataraq, özünə biznes qurub. Lakin iflasa uğrayaraq, 300 min avro ziyana düşüb. Samir deyir mən də ziyandayam. Onun 80 mini hara, 300 min avro hara? Samirin söhbəti lap Məşədi İbadın sözünə dönüb: “sənin 5 min manatın cəhənnəmə, bəs mənim bir abbasım hara getdi?” Hələ bunun qarşılığında S. Piriyev Kamranı “dələduz”, “oğru” adlandırdı. Hər bir vətəndaş kiminsə barəsində hüquq mühafizə orqanlarına şikayət edə bilər, lakin onun haqqı çatmır ki, kimisə öz ehtimalı ilə “oğru”, “dələduz” adlandırsın. Üstəlik, bunu mətbuat vasitəsi ilə də bəyan etdi. Buna görə də Samir cinayət məcəlləsinin 178-ci maddəsinə əsasən, hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Yaxın günlərdə Kamran Həsənli bununla bağlı məhkəməyə müraciət edəcək və məhkəmənin qərarına əsasən, Samir Piriyev qanunla cəzasını alacaq”.

Cəvahir

www.yenicag.az

3183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv