!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Samiraldo GİZLİNLƏRİ AÇDI: “Krediti ödəyə bilməyib, bank evini alıb əlindən”

“Krediti ödəyə bilməyib, bank evini alıb əlindən”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış stilist Samiraldo pandemiya dönəmində maddi sıxıntılar üzündən evini, maşınını satan müğənnilərdən danışarkən deyib.

Samiraldo onların paxırlarını açıb:

“O müğənnilər var e, deyirlər pandemiyada evimi, maşınımı satdım, yalan deyir. Krediti ödəyə bilməyib, bank evini alıb əlindən. Durub deməyəcək ki, borcu ödəyə bilmədim, bank əlimdən aldı. Özünü göstərmək üçün gedib yarımmilyonluq ev alıb. Bunun üçün də hər ay 50 min banka ödəmək lazımdır axı. Pulu verə bilməyib, alıblar əlindən. Verdiyi pullar da batıb. Müğənninin elə günlük xərci azı 200 manatdır. Təkcə salona getməsini, makiyajını, saç düzümünü nəzərdə tuturam. Hələ digər xərcləri demirəm. Toylar yoxdur, ora-bura getmir, həmin xərc də qalıb cibində. Hamısı yalandan ağlaşır, altları doludur”.

Samiraldo özündən də danışıb:

“Məni Allah darda qoymadı. Qıraqda pulum vardı, yavaş-yavaş xərclədim. Həm də tək adamam, görməmiş insan deyiləm ki, külli miqdarda pullar xərcləyim. Bəzi müğənnilər kimi 150 minlik maşın alıb, hər ay 1500 manat ödəyən adam deyiləm. Bir tikə çörəyim varsa, Allaha min şükür. On min manatlıq maşın sürürəm, bəsimdir”.

Cəvahir

www.yenicag.az

737
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100